Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla birgə Yerevanda mətbuat konfransı keçirir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Dağlıq Qarabağda situasiyanın sabitləşdiyini bildirib.
“Dağlıq Qarabağda situasiya stabilləşib. Baş verən kiçik insidentlər isə rusiyalı sülhməramlılar tərəfindən effektiv şəkildə yoluna qoyulur”-deyə o açıqlayıb.