Bu il XI sinfi bitirəcək şagirdlərin sayı açıqlanıb.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il XI sinfi bitirəcək şagird sayının 83280 nəfər olaraq proqnozlaşdırılır.
Eyni zamanda növbəti tədris ilində məktəbəhazırlıq qruplarına və birinci siniflərə proqnozlaşdırılan şagird sayı da açıqlanıb. Nazirlikdən APA-ya bildirilib ki, 2021-2022–ci tədris ilinə məktəbəhazırlıq qruplarına 117176 nəfər, birinci siniflərə isə 158608 nəfər şagirdin gedəcəyi proqnozlaşdırılır.