Oruc tutanlar üçün restoranlardakı iftar süfrəsinin qiymətləri - VİDEO
Tarix: 17-04-2021, 05:58 | Çap et


Müqəddəs Ramazan ayının artıq 3-cü gününü yaşayırıq. Oruc tutan vətəndaşlar imsaq və iftar yeməklərini evlərində yedikləri kimi, bəzi hallarda restoranlara da üz tuturlar. Restoranlar da bu tələbatı nəzərə alaraq, onlar üçün xüsusi menyular hazırlayıblar. Bəs qiymətlər necədir və bu qiymətlərə nələr daxildir?

Sfera.az xəbər verir ki, 11 ayın sultanı müqəddəs Ramazan ayına restoranlar da xüsusi şəkildə hazırlaşıb. Paytaxt Bakıda fəaliyyət göstərən bir çox restoran oruc tutanlar üçün xüsusi iftar menyuları təklif edir.

İftar süfrələri pandemiya şəraitinə uyğun, məhdud müştəri sayı ilə təşkil olunur. Ara məsafəsi gözlənməklə bir masada maksimum 6 nəfərin oturmasına icazə verilir.

Restoran sahibi Mahir Zeynalovun sözlərinə görə, tələb əvvəlki illər səviyyəsində olmasa da, oruclarını restoranlarda açanlar var.

Çəkiliş apardığımız bu restoranda isə iki nəfərlik 4 müxtəlif menyu təklif edilir.

Başqa bir restoranda isə adambaşı menyu qiymətləri 15-30 manat arasında dəyişir.

Bəzi restoranlar xüsusi imsak menyuları da hazırlayıb. Burada isə iki nəfərlik imsak süfrəsinin qiyməti 16 və 20 manata təklif edilir. Qiymətlər süfrədə olan yeməklərin çeşidlərinin sayına görə dəyişir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net