Kapital Bank müştəriyə kart verməkdən imtina etdi: - “Siz xərçəng xəstəsisiniz”
Tarix: 16-04-2021, 15:40 | Çap et
Kapital Bank müştəriyə kart verməkdən imtina etdi: - “Siz xərçəng xəstəsisiniz”

İki gün əvvəl Türkan Quliyeva adlı sosial şəbəkə istifadəçisi “Kapital Bank”ın vətandaşa münasibəti barədə “Facebook”da paylaşım edərək narazılığını dilə gətirib. Xanımın sözlərinə görə, bankın Yasamal filialında onun onkoloji xəstə olan valideyninin kartı yenilənməyib, səbəb olaraq isə xərçəng xəstəsi olması göstərilib:

“Mən “Kapital Bank”ın bugünkü biabırçı xidməti barədə sizə məlumat vermək istəyirəm və köməyinizi xahiş edirəm. Kapital Bank bu gün kart yenilənməsi ilə bağlı bankın Yasamal filialına yaxınlaşan anama bütün bank şərtlərini ödəməyinə baxmayaraq, kart təhvil verilmədikdən əvvəl, "Siz xərçəng xəstəsisiniz. Sizin kartınızı yeniləyə bilmərik.", -deyərək kartı yeniləməkdən imtina edib”.

Türkan Quliyeva yaranmış problem səbəbilə özünün də bankla əlaqə saxladığını, lakin qurumun şikayəti əsassız hesab etdiyini diqqətə çatdırıb:

“Maddi faktorlar bir kənara, onsuz da xərçəngdən əziyyət çəkən birinə bunu demək hansı profesionallığa, hansı insanlığa sığır? Mən bu barədə kimə, necə şikayət edə bilərəm? Bank şikayətimi əsassız hesab edir. Xahiş edirəm bunu birlikdə ictimailəşdirək. Bizim keçirdiyimiz hissləri başqaları keçirməsin”. Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Yenisabah.az-ın sorğusuna cavab olaraq məsələ ilə bağlı artıq ətraflı araşdırmanın aparıldığını və müraciət edən şəxsə nəticə haqqında məlumatın təqdim olunduğunu vurğulayıb:

“Müştəri məlumatlarının konfidensiallığı qaydalarına uyğun olaraq müştərinin şəxsi məlumatları yalnız onun özünə təqdim edilə bilər. Əgər müştəri uyğun bilərsə, nəticə barədə məlumatı özü ictimaiyyətə təqdim edə bilər”. //pravda.az//




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net