Azərbaycan əhalisinin sayı açıqlandı
Tarix: 14-04-2021, 15:14 | Çap et
Azərbaycan əhalisinin sayı açıqlandı
İlin əvvəlindən 2021-ci il mart ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 7 994 nəfər və ya 0,1 faiz artıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən ölkə əhalisinin sayı 10 127 127 nəfərə çatıb.

Bildirilib ki, ölkədə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net