Azərbaycanlı səfirin maşını Ukraynada avtoşluq etdi
Tarix: 9-04-2021, 16:09 | Çap et
Azərbaycanlı səfirin maşını Ukraynada avtoşluq etdi
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adı yenidən avtoşluqda hallandırılır.

Unikal.org Ukrayna mediasına istinadən xəbər verir ki, bu dəfə Elmira Axundovanın adı Kiyevdə yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə çəkilir.

Belə ki, Ukraynanın Daxili İşlər Nazirliyinə bağlı "Operativ Kiyev" mərkəzi səfir Elmira Axundovanın xidməti avtomobillərindən biri olan "Toyota Land Cruiser"in Kiyevin mərkəzi küçələrində işıqforun qırmızı işığında keçdiyini əks etdirən video-görüntüləri yayıb. Sözügedən görüntülər Ukrayna mediasının əsas müzakirə mövzusuna çevrilib.

Yayılan görüntülərə görə, Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfirliyinin diplomatlarını "harın padşahlar" adlandırıb.

Qeyd edək ki, Elmira Axundovanın oğlu Həbib Axundov da tez-tez qalmaqallı məsələlərlə medianın gündəminə gəlir.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net