Ali Məhkəmə Qarabağ qazisinin şikayətini təmin edib - Belə də olurmuş...
Tarix: 9-04-2021, 12:54 | Çap et
Ali Məhkəmə Qarabağ qazisinin şikayətini təmin edib - Belə də olurmuş...
VERTIKAL.Az - Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyası uğrunda məhkəmə davası , axırı, Ali Məhkəmənin İnzibati Kollegiyasında uğurla sonuclanıb.

DİA.AZ xəbər verir ki, 3 il qabaq Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və təbii ki, icra sənədi olmadan vəzifəsindən sui-istifadə edərək , daha doğrusu, səlahiyyətini aşaraq, ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə Qarabağ qazisinin pensiyasının yarısını hər ay dələduz “Rəvan” sığorta şirkətinin hesabına köçürməyə məktub (?) verib. Qazinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyarkən aldığı xəsarətə görə dövlətin ayırdığı pensiyasını ödəməyə görəvləndirilən ƏƏSMN və yanındakı DSMF isə məktub (?) əsasında əlilin pensiyasını yarıqat edib. Qarabağ qazisinin ƏƏSMN rəhbərliyinə şikayətinə cavab olaraq daxili nəzarət və audit şöbəsinin müdiri , “eks-2-ci dərəcəli əlil” Heybət İmanov məktub əsasında müharibə əlilinin pensiyasının yarıqat edilməsini qanuni saydığından , X.Abbaszadə “eks-“ 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsində yarıqat edilən pensiyasının bərpası və dəyən maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırıb. Hakim Miminat Hacıbəyova iddianı mümkün saymayıb ki, iddiaçı pensiyasının yarıqat edilməsi ilə bağlı hüququnun pozulmasını sübut edə bilməyib. Bakı Apellyasiya Məhkəməsi də bu absurd qərardadı qüvvədə saxladığından Ali Məhkəməyə kassasiya şikayəti verən Qarabağ qazisinin şikayəti ilə aşağı instansiyanın aktı ləğv edilib. Birinci instansiyada iş yenidən qərardadı ləğv edilən Miminat Hacıbəyovaya verilib və hakim bir illik süründürməçilik etdiyindən iddiaçı qazinin hakimə etirazı qəbul olunub. Bu yol hakim Nəriman Abıyev “hakim həmrəyliyi” sərgiləyərək iddianı mümkün saymayıb ki, cavabdeh məhkəmənin sorğusuna (?) iddiaçının ona müraciət etmədiyi cavabını verib ! (?) Özbaşınalığı təsəvvür edirsiniz? Məhkəmə cavabdehi məhkəməyə çağırmaq əvəzinə, ona sorğu göndərir və aldığı saxta cavabı Konstitusiya qanunu kimi qəbul edir! (?) Qanunsuz qərardaddan apellyasiya şikayəti təmin olunmayan Qarabağ qazisi Ali Məhkəməyə eyni iş üzrə ikinci dəfə üz tutmaq zorunda qalır. 07 aprel 2021-ci ildə Ali Məhkəmənin İnzibati Kollegiyası hakim Xəqani Məmmədovun sədrliyi ilə qazinin şikayətini təmin edərək, işin yenidən baxılması üçün aşağı instansiyaya göndərilməsinə qərar verib.

Son iki ildə Ali Məhkəmə ikinci dəfə eyni iş üzrə aşağı instansiyanın aktını ləğv edir . Görəsən, yenə də aşağı instansiya (lar) ali instansiyanın məcburi göstərişlərinə qarşı çıxacaq ?




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net