Xəstəxanada rüşvət verib vaksin arayışını almaq iddiası, ekspertlərdən sərt qınaq
Tarix: 9-04-2021, 05:13 | Çap et

Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı yenə də artan xətt üzrə davam edir. Eyni zamanda sürətli şəkildə vaksinasiya prosesi aparılır və güman edilir ki, bu, koronavirusun sonunu gətirəcək. Bu səbəbdən hazırda əsas gündəm mövzularından biri də Covid-19-dur. Artıq Azərbaycanda 1 milyondan çox şəxs vaksin olunub. Yaxın gələcəkdə vaksin olunanlara xüsusi güzəştlərin ediləcəyi də bildirilir.

Pozitiv məlumatlar çoxdur, lakin sosial şəbəkələrdə neqativ informasiya yayanlar da var. Elə həmin şəxslərdən biri redaksiyamıza məlumat verərək iddia edib ki, vaksin olunmadan hansısa aşağı vəzifəli tibbi heyətə rüşvət verib, peyvənd olunmaqla bağlı möhürlü arayış almaq mümkündür.

O, konkret fakt təqdim etməsə də, məsələ ilə bağlı araşdırma edib, mövzu ilə əlaqədar vaksinasiya prosesində iştirak edən həkimlərin fikirlərini aldıq.

Xəstəxanada rüşvət verib vaksin arayışını almaq iddiası, ekspertlərdən sərt qınaq
İnfeksionist Gülnarə Əhmədova Musavat.com-a bildirdi ki, saxta kağız düzəltmək mümkünsüz işdir: "Mənim işlədiyim 15 saylı Şəhər xəstəxanasında bu, mümkün deyil. Çünki burda icra hakimiyyətinin nümayəndəsi bizim otağın qarşısında oturur, ciddi nəzarət edir, eləcə də Gigiyena və Epidemiologiya Mərkəzinin, Daxili İşlər Nazirliyinin nümayəndələri yoxlama aparırlar. Bu, həm də hər bir insanın vicdanına bağlıdır. Normal adam bunu eləməz və yüksək yoxlama şərtləri daxilində etməsi də mümkün deyil”.

Xəstəxanada rüşvət verib vaksin arayışını almaq iddiası, ekspertlərdən sərt qınaq

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə də mövzu barədə Musavat.com-a fikirlərini bildirib. Cavadzadə hesab edir ki, bu, sadəcə şayiədir: “Proses camaatın gözünün qarşısında aparılır. Üstəlik, dərman olan flakonlar təhvil, təslim olunur. Qeyd edilən kağızlar hər bir vaksinasiya prosesinin aparıldığı məntəqəyə sayla verilir. Həmin kağızın sayına uyğun olaraq vaksin də gəlir. Günün axırına da hesabat aparılır. Bəzi insanlar, saytlar gündəmə gəlmək, izləyici kütləsi toplamaq üçün ağıllarına gələni yazırlar. Camaat daha çox onların məlumatına istinad eləsin deyə buna əl atırlar. Səhifələri ilə biznes qururlar. Bu, mümkün olan şey deyil. Çünki vaksinasiyaya dövlət qurumları cəlb olunub. Hər bir dövlət qurumunun nümayəndəsi ordadır".

Xəstəxanada rüşvət verib vaksin arayışını almaq iddiası, ekspertlərdən sərt qınaq

İnfeksionist-hepatoloq Mərdan Əliyev də çalışdığı Şamaxı Müalicə Diaqnostikasında belə bir halla rastlaşmadığını bildirib: “Məncə bu şayiədir. Pandemiya təzə bəlli olanda vaksinlərlə bağlı xəbərlər yayılmışdı ki, guya bunun içində çip var. Sonra da deyirdilər ki, koronavirus yalan söhbətdir. İndi də belə bir şayiə çıxıb. Xəstəxanamızda həm DİN əməkdaşlarının, həm də icra hakimiyyətinin nümayəndələrinin nəzarəti var. Onlar hamısı bu işlə bir yerdə məşğul olurlar. Belə deyək də, xəstəxanada tibb heyət tərəfindən peyvənd vurulur, nəzarət isə müvafiq qurumlar tərəfindən aparılır. Ümumiyyətlə, hər yerdə bu, belədir”.

Xəstəxanada rüşvət verib vaksin arayışını almaq iddiası, ekspertlərdən sərt qınaq

Mövzu ilə bağlı millət vəkili Aqil Abbas da saytımıza fikrini açıqlayıb: “Mən şayiəyə, söz-söhbətə inanmıram. İnanmıram ki, Azərbaycanda hansısa həkim bunu etsin. Şəxsin vaksin olunub-olunmadığını da bilmək çətin deyil. Qoluna, iynənin vurulduğu yerə baxsaq, kifayət edər. Amma mən məsləhət bilirəm ki, hamı vaksin olunsun. Yaxında özüm də olunacam, artıq ayağım sağalır. Ayağımda podaqra xəstəliyi var. Ona görə vaksin olunmamışam. Həkim dedi ki, xəstəlik bir qədər yüngülləşsin, sonra vaksin edərik. Hamı çiplərdən qorxurdu, çip qoymurlar ki. Amma peyvənddən sonra ölən var. Bax bu, başqa söhbətdir. Ona görə deyirlər, yan xəstəliyi olanlara vaksin olmaz".



Afaq Mirayiq,
Musavat.com




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net