İnfeksionist: "Azərbaycanda yaşlı insanlar koronavirusa yas yerlərində yoluxurlar"
Tarix: 1-04-2021, 12:49 | Çap et
İnfeksionist: "Azərbaycanda yaşlı insanlar koronavirusa yas yerlərində yoluxurlar"

"Mart ayı ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı 200 nəfərdən 2 200 nəfərə yüksəldi. Yəni, bir ay ərzində yoluxmalar 10 dəfə artdı. Fikrimcə, bu artım Biritaniya ştammı (B1.1.7) hesabına baş verir".

"Report"un xəbərinə görə, bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.

Onun sözlərinə görə, əvvəlki aylarla müqayisədə xəstələrin durumu 2-3 günə ağırlaşır: "Temperatur qısa zamanda 40-41 dərəcəyə yüksəlir. Temperaturu salmaq çox çətin olur. Klinik əlamətlər daha kəskin davam edir. Məncə, bu Britaniya ştammıdır. Çünki keçən illə müqayisədə xəstəlik daha aqressiv gedişlidir. Gündəlik yoluxanlar arasında epidemik anamnez toplamaq lazımdır. Yəni, bunlar 14 gün ərzində harada olublar, hara gediblər, hərarəti olan xəstələrlə kontaktda olublarmı və s".

İnfeksionist son 15 gündə yoluxan xəstələr arasında kiçik təhlil apardığını qeyd edib: "Nəticədə görürəm ki, yaşlı insanlar daha çox yas yerlərində kütləvi yoluxurlar. Maraqlısı da odur ki, o insanlar koronavirusdan dünyasını dəyişən insanın yasına gedirlər. Cavan insanlar daha aktiv həyat tərzi keçirdiyinə görə, onlar avtobuslarda, kafe və restoranlarda daha çox yoluxurlar. Epidemik cəhətcə deyilənləri təhlil edib, yoluxmalar daha çox baş verən yerlərdə əks-epidemik tədbirlər gücləndirilsə yaxşı olar".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net