“Bəsdir, xalqa işğəncə verdiniz!” – Milena Nəbiyeva karantin qaydalarına üsyan etdi
Tarix: 1-04-2021, 12:47 | Çap et
“Bəsdir, xalqa işğəncə verdiniz!” – Milena Nəbiyeva karantin qaydalarına üsyan etdi

Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO-da Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, ictimai xadim, Azərbaycan Respublikasi Təbiəti Mühafizə Cəmiyyətinin Rəyasət Heyatinin sədr müavini Milena Nəbiyeva şəxsi Facebook səhifəsində maraqlı paylaşım edib.

Sfera.az sözügedən paylaşımı təqdim edir:

"Hansı sms, mms, karantin??

Ciddisiniz?! Bəsdir, xalqa işğəncə verdiniz! İnsanlar onsuz da var-yoxdan çıxıb! Kiçik biznes çöküb, insanlar yaşamır, son güclərini toplayıb ayaqda qalmağa çalışır!!!

Musiqiçilər, aktyorlar, rəssamlar, necə yaşayır, bu sizi az da olsa düşündürür?? İnsanlara yaşamaq, pul qazanmaq, ailələlərini saxlamaq imkanı verin!!! Görün nə qədər insan çarəsizlikdən canına qəsd edir!!!

Uşaqlar normal təhsil almır! Sizin onlayn dərləriniz faydasızdır, anlayırsınız?! Uşaqlar məsuliyyətsiz böyüyür! Bütün gün kompüter oyunları, telefonlar ...
Ölkəmizi hansı gələcək gözləyir, bu işlərin sonu necə olacaq?!

Siz bu ölkəyə xəstə, yoxsul gələcək arzulayırsınız? Xalqımız zəhmətkeşdir, onu normal həyatdan, pul qazanmaq imkanından məhrum etməyin!
Gənclər xəyal etdikləri kimi, dəfə-daraqla toy edə bilmir! Əziyyət verirsiniz millətə! Pulu olanlar evlənir, pulun var, buyur evlən, heç bir problem yoxdur! Nə qədər belə yaşaya bilərik axı?!

Karantin dönəmində də pul qazanmaq imkanı olanları bu vəziyyət narahat etmir, bəs sadə insanlar - müəllimlər, aktyorlar, rəssamlar, ofisiantlar, idmançılar nə etməlidir? Nəyə görə idman zallarını bağlanıb?!! İmkan verin, insanlar sağlamlıqlarının qeydinə qalsın, idmanla məşğul olsun, məşqlərə getsin! Hər kəsin trenajyorlu villası, bağı yoxdu axı.

Rəbbinizin hüzurunda hansı vicdanla duracaqsınız, acgöz cənablar?!




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net