Yoluxma kəskin artıb: İctimai nəqliyyat qadağası işə yaramadı - VİDEO
Tarix: 31-03-2021, 14:49 | Çap et


Koronavirusun əlamətlərində və gedişatında dəyişikliklər baş verib.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

“Sentyabr-dekabr aylarında yazdığımız müalicələrə bu gün başqa cür reaksiya verilir. Virusun hər hansı mutasiya uğraması prosesi baş verib və nəticədə o, xəstəliyin simasını və insanların müalicəyə reaksiyasını dəyişdi”, - deyə o bildirib.

A. Axundov onu da qeyd edib ki, ölkədə yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyat deyil:

“Deyirdilər ki, yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyatdır. Bəs bayram günlərində avtobuslar işləmədiyi halda yoluxma sayının artması səbəbi nə idi?! Bu, onu göstərir ki, ictimai nəqliyyat yoluxma sayının artmasında yalnız səbəblərdən biri ola bilər, heç vaxt əsas səbəb ola bilməz”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net