Əsgərimiz Laçında öz kəndinə gedib çıxdı və görün nələr dedi... VİDEO
Tarix: 21-03-2021, 11:31 | Çap et


Sosial şəbəkələrdə Azərbaycan əsgərlərindən birinin Laçında öz doğma yurdu olan Kalafalıq kəndinə getməsi ilə bağlı görüntülər yayılıb.

O, videoda kənd barədə danışır.

Musavat.com həmin görüntüləri və kənd haqda məlumatı təqdim edir:

Laçın rayonunun Vağazin inzibati ərazi vahidində yerləşən Kalafalıq kəndi Ərdəşəvə çayının (Şəlvə çayının qolu) sahilində, Qarabağ silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi keçmişdə rayonun ərazisində mövcud olmuş Birinci Cağazur kəndindən çıxmış ailələrin Kalafalıq adlanan yerdə məskunlaşması nəticəsində yaranıb.

Kalafa köhnə kəndin, yaxud mal-qara saxlamaq üçün tikilmiş pəyələrin xarabalığına, quyuya, qazılmış çökək yerə deyilir. Oykonimin tərkibindəki -lıq şəkilçisi çoxluq və məkan anlayışı ifadə edir.

Kalafalıq kəndi Laçın rayonunun ən ucqar kəndi olaraq, şərq tərəfdən Daglıq qarabağın Şuşa rayonu ilə həmsərhəddir. Dağlıq ərazidə yerləşməklə bir neçə təbii sərvətlərlə - civə, uran və minerallarla zəngindir. 1936-cı ildən burada kolxoz yaradılıb və kəndlilər, əsasən, heyvandarlıq və əkinçiliklə məşğul olublar.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net