Putin sevdiyi Turan ellərində-FOTOLAR
Tarix: 20-03-2021, 12:09 | Çap et
Putin sevdiyi Turan ellərində-FOTOLAR

Tuvada yanvar ayında temperatur mənfi 35 dərəcə, iyul ayınında isə müsbət 12 dərəcə olur...

Rusiya prezidenti Vladimir Putin martın 19-da paytaxt Moskvanı tərk edib və ikigünlük istirahətə gedib. Putin özü deyib ki, şənbə və bazar günlərini Sibir tayqasında keçirəcək.
Putin sevdiyi Turan ellərində-FOTOLAR
Daha sonra dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezidentin həftəsonunu Sibirdə keçirəcəyini bildirib. Peskovun sözlərinə görə, Kreml prezidentin səfəri ilə bağlı foto və video reportaj yayımlayacaq. Müdafiə naziri Sergey Şoyqu əvvəlki illərdə olduğu kimi, dövlət başçısını tətildə müşayiət edir.

Rusiya internet seqmentində yayılan xəbərlərə görə, martın 19-da səhər Müdafiə Nazirliyinin xüsusi təyyarəsi Abakan(Xakasiya) hava limanına enib. Bildirilir ki, adətən, Putin istirahətə gedəndə bu təyyarənin xidmətindən istifadə edir.

Putin sevdiyi Turan ellərində-FOTOLAR

Öncə qeyd edək ki, Tuvada yanvar ayında temperatur mənfi 35 dərəcə, iyul ayında isə müsbət 12 dərəcə olur. Əsas çayları Yenisey və onun qollarıdır. Tuvada 4 yaşıyış məntəqəsini birləşdirən Turan administrativ mərkəzi də yerləşir. Əsas şəhəri də Turan adlanır.

Putin mütəmadi olaraq müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibirdə istirahət edir. Putin 2013-cü ildə qısa müddətli istirahətini Tuvada o zamankı hökumət başçısı Dmitri Medvedyev və müdafiə naziri Şoyqunun müşayiəti ilə keçirmişdi.

2014-cü ildə də ad gününü burada keçirmiş, 21 kiloqramlıq balıq tutmuşdu. 2017-ci ilin avqust ayında onlar Sibirdə iki günlük istirahət etmişdi, burada dağ göllərində yenə balıq ovu etmiş və dağlarda gəzmişdilər. 2018-ci ildə dövlət başçısı Tuvada dağlarda gəzmiş, giləmeyvə yığmışdı. 2019-cu ilin oktyabrında da KİV-lər Putin və Şoyqunun dağlarda necə gəzdiyini və payız təbiətini müşahidə etdiklərini əks etdirən görüntülər yaymışdılar.
Putin sevdiyi Turan ellərində-FOTOLAR


Krasnoyarsk bölgəsi və Xakasiya Respublikasında ən yaxşı istirahət yeri “Krasnoyarsk dənizi” kimi tanınan, amma əslində mənbəyini Yeniseydən götürən su anbarı ərazidir. İddialara görə, bura Putinin ən sevimli istirahət yerlərindən biridir, hətta orada hərdən üzür də. Putin kimi bir çoxları da buraya mənzərəli kimsəsiz sahillərdə dolaşmaq və günəşin batmasına heyran olmaq üçün gəlir.

Rusiya mənbələrinin başqa bir iddialarına görə, “Rosneft” burada Putin üçün malikanə tikdirmək istəyib. Bu malikanə haqda 2018-ci ildə araşdırmaçı jurnalistlər yazmışdı. Onlar Krasnoyarskdan təxminən 40 kilometr cənub-qərbdə, Krasnoyarsk su anbarının sahilində VIP-kotteclərin tikintisini aşkar etmişdilər. Yenisey sahillərindəki malikanənin inşası rəsmi olaraq “Rosneft”in törəmə müəssissi “Vankorneft”in bina və istirahət kompleksi kimi rəsmiləşdirilib.



İddia olunurdu ki, “Rosneft” buranın tikintisinə 9 milyard rubla yaxın vəsait xərcləməyi planlaşdırılıb. Plana əsasən, iqamətgahın əsas binası və qonaq evləri ilə yanaşı ərazidə bir vertolyot meydançası da olmalı idi. Başqa mənbələr isə yerli sakinlərə istinadən deyib ki, “Rosneft” rəhbəri İqor Seçin tikintidən narazı olduğu üçün layihəni dondurub, daha sonra isə podratçı ilə müqavilə ləğv edilib.



1955-ci ildə Tuvada doğulmuş Şoyqu Rusiya prezidentinin ən yaxın adamı hesab olunur, hətta onun Putinin varisi olacağı da deyilir. 1994-cü ildə Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunan Şoyqu bu vəzifədə 18 il çalışıb. Rusiyanın müasir tarixində ən çox vəzifədə qalan nazirdir. 2012-ci ildə bir müddət Moskva vilayətinin qubernatoru təyin olunan Şoyqu elə həmin il müdafiə naziri vəzifəsinə gətirilib. Futbol oynamaq, at sürmək kimi idman növlərinə meylli olduğu bilinən müdafiə nazirinin Rusiyada ən qiymətli hesab olunan 40 milyon dollar dəyərində qılınc kolleksiyasına sahib olduğu da iddia edilir.

Orxan ƏLİYEV,
Musavat.com




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net