Kəlbəcər rayonuna aid məktəblərdə nəzarət gücləndirilib - VİDEO
Tarix: 19-03-2021, 13:06 | Çap et


Koronavirus pandemiyası ilə bağlı Respublikanın bütün orta məktəblərində olduğu kimi Kəlbəcər rayon Təhsil Şöbəsində də nəzarət gücləndirilib. Buna səbəb son günlər ölkənin müxtəlif rayonlarının tədris müəssisələrində sözügedən virusun aşkar edilməsidir.

Belə ki, tədris müəssisələrində şagirdlərin, o cümlədən müəllimlərin hərarəti ölçülür, pedaqoqlar şəffaf sipərlərdən istifadə edir. Həmçinin valideynlər məktəbə buraxılmır. TƏBİB-in tələblərinə tam nəzarət olunur.

Qeyd edək ki, bu gün ölkənin müxtəlif rayonlarında Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində 109 məktəb var.

Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net