"Teleradio" İB-yə müvəqqəti baş direktor təyin edilib - ƏMR
Tarix: 15-03-2021, 12:04 | Çap et
"Teleradio" İB-yə müvəqqəti baş direktor təyin edilib - ƏMR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio” İB) baş direktor vəzifəsinin müvəqqəti icrası, qurumun texniki direktoru Mikayıl Abbasova həvalə edilib. Bunu “APA-Economics”ə Nazirlikdən deyiblər.

Qeyd olunub ki, “Teleradio” İB-nin baş direktoru Əflatun Şərifov təqaüd yaşı çatdığına görə tutduğu vəzifədən öz ərizəsi ilə çıxıb.

Xatırladaq ki, Ə. Şərifov 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 1997-2005-ci illərdə “Teleradio”da müxtəlif vəzifələrdə işləyib.

Ə. Şərifov 2005-2021-ci illərdə “Teleradio” İB-də rəis müavini, baş direktorun müavini, baş direktorun vəzifəsini icra edən, baş direktor vəzifələrində fəaliyyət göstərib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net