Nə iş gördüyü bilinməyən bələdiyyələr və onlara mane olan icra hakimiyyətləri - VİDEO
Tarix: 17-02-2021, 16:44 | Çap et

Dünyanın bir çox ölkələrində yüksək səlahiyyətlərə malik bələdiyyələrin ölkəmizdə nə iş gördüyü barədə insanların məlumatı azdır. Bəzən həqiqətən rayon ərazisində görülən abadlıq işlərinin arxasında icra hakimiyyətləri deyil, bələdiyyələr dayansa da, sakinlər bundan xəbərsiz olur.

Elə buna görə də onlar haqqında fikirlər birmənalı deyil. Bəzən isə bələdiyyə sədrləri tərəfindən qanunpozuntusu hallarına da yol verilir.

Ölkəmizdə bələdiyyələrin fəaliyyətinin məhdudlaşdırılmasında icra hakimiyyətlərinin də rolu olduğu düşünülür.

Məsələ ilə bağlı Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli "MediaPost"a açıqlama verib. O, Azərbaycanda bələdiyyələrin işə mane olan səbəblər və onların fəaliyyət istiqaməti barədə fikirlərini bölüşüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net