Tarixçi-alim Dilavər Əzimli uzun müddətdir ki, xəstəxanda koronavirus (COVİD 19) diaqnozu ilə müalicə olunur. Yanvar ayının əvvəlindən xəstəxanaya yerləşdirilən Dilavər müəllim səhhətinin pisləşməsi səbəbindən EKMO aparatına qoşulmuşdur. Son vaxtlar mətbuatda yayılan məlumatından bəlli olur ki, tarixçi-alimin səhhətində ciddi bir irəliləyiş yoxdur.
Milli ideologiyanın daşıyıcılarından biri olaraq və elm-təhsil fəaliyyətində xüsusi vətənpərvərlik baxışları ilə seçilən Dilavər müəllimin səhhətinin qənaətbəxş olmaması hamını, xüsusilə dərs dediyi tələbələrini narahat etməkdədir.
Qeyd edək ki, fəaliyyət göstərdiyi dövr ərzində tarixçi – alim Dilavər Əzimli öz tələblərinə, Azərbaycan gəncliyinə vətənpərvərlik ruhunu aşılamaqla yanaşı, Azərbaycanın gələcəyi üçün milli şüura malik gəncliyin yetişməsində əvəzsiz rol oynamışdır. Biz tələbələr üçün Dilavər müəllimin səhhətinin düzəlməsi, tam şəkildə sağalıb öz elm-təhsil fəaliyyətini davam etdirməsi olduqca vacib məsələdir.
Tarixçi-alim, dəyərli müəllimimiz Dilavər Əzimlinin bu narahatlıq doğuran vəziyyətinin gəncləri, Dilavər müəllimin tələbələrini narahat etməsini nəzərə alaraq, müalicə olunduğu xəstəxananın həkim heyəti və tibbi personalından əllərindən gələni əsirgəməməyi xahiş edirik.
Azərbaycan gəncliyinin nümayəndələri və Dilavər Əzimlinin tələbələri olaraq, mövcud tibbi şəraitdə ağır şərtlər altnda işləyən, fədakarlıq göstərən həkimlərimizə güvənir, tələbələrin sevimlisi əziz Dilavər müəllimin sağlamlığına qovuşmasını arzu edirik.
Müraciəti aşağıdakı tələblər imzalayıb:
Anar Qarayev
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Miribrahim Cabbarov
Azərbaycan Universiteti Humanitar Fənlər Fakültəsinin 3-cü kurs tələbəsi
İntiqam Səadətov
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Bahar Rzayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Əfsun Günəşli
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Əli Məmmədli
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 3-cü kurs tələbəsi
Elbəy İmanov
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 3-cü kurs tələbəsi
Bilal Yəhyayev
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Ramiz Abışlı
Bakı Dövlət Universiteti Kimya Fakültəsinin məzunu, İstanbul Universitetinin Cərrahpaşa, mühəndislik Fakültəsinin magistrantı
Murad Baxşıyev
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Səkinə Həsənova
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
İsmayıl Osmanov
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Yasəmən Sədiyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Ümid Əliyev
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 4-cü kurs tələbəsi
Məhəmməd Hüseynov
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Firudin Əbilhəsənli
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi
Anar Can KITAY
İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Tarix Bölməsi 4-cü kurs tələbəsi.
İntiqam Qurbanlı