Neftçala rayonunda vəzifə səlahiyyətindən istifadə edərək qanun pozuntusuna yol verən bələdiyyə sədri tutulub
Tarix: 9-02-2021, 13:13 | Çap et
Neftçala rayonunda vəzifə səlahiyyətindən istifadə edərək qanun pozuntusuna yol verən bələdiyyə sədri tutulub


Azərbaycanda həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Neftçala Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, həmin tədbirlərdən biri kimi, rayonun Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Qismət Qəfərovun qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş bələdiyyə əmlakını - 7650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net