“Şuşada erməni komandirlər əsgərlərini qoyub qaçırdı” - Aram Gevroqyan
Tarix: 8-02-2021, 10:41 | Çap et
“Şuşada erməni komandirlər əsgərlərini qoyub qaçırdı” - Aram Gevroqyan
Şuşanın işğaldan azad olunmasından 3 ay keçir. Azərbaycan Ordusunun şəhəri hansı qəhrəmanlıqla geri qaytarması haqqında hələ də yeni faktlar üzə çıxır. Müharibə dövründə açıqlanmayan bəzi məlumatlar indi ictimaiyyətə açıqlanır.
Azvision.az xəbər verir ki, tanınmış erməni ictmai fəal Aram Gevroqyan Şuşa əməliyyatları ərəfəsində Ermənistan ordusundakı vəziyyətdən söz açıb.

O, Şuşa döyüşləri zamanı erməni komandirlərin fərarilik etdiyini bildirib. Hərbçilərimiz Şuşanı hələ tam azad etməmiş - noyabrın 7-də erməni komandirlər qorxudan şəhərdən qaçmağa başlayıblar.

Bununla bağlı fakt aşkarlayan Gevorqyan deyib: "Dünən əsgər Karen Mirzoyanın anası oğlunun hansı vəziyyətdə ölməsi barədə yazanda bütün bədənim titrədi. Bu gün Karen haqqında materiallarla tanış oldum. Siz də oxuyun və oxuduqca dəli olmamağa çalışın. Karen Mirzoyan Sünikdən idi. 2019-cu ildə orduya çağırıldı və Xankəndində xidmət etdi. Müharibənin ilk günlərindən Hadrut, Füzuli, Daşaltıdakı döyüşlərdə iştirak etdi və sonda Şuşada oldu. Məhz dəhşətli hadisələr Şuşada başladı. Komandirləri əsgərləri bir neçə gün yeməksiz və silahsız qoyaraq Xankəndinə qaçdı. Qrupun rəhbəri Karen birtəhər yemək tapıb. Sonradan dəfələrlə telefonla fərari komandirlərindən əsgərlərin daha təhlükəsiz yerə keçmələri, etibarlı məkanda mövqe tutmaları üçün icazə verməsini istəyib. O isə rədd cavabı verib.

Beləcə Karen və yoldaşları noyabrın 7-də onlara həvalə edilmiş mövqedən ayrılmadan və gizlənməyə yer tapa bilməyərək mühasirəyə düşüblər. Qrupdan yalnız ikisi sağ qalmağı bacarıb. Üç yerdən yaralanan və köməyə ümid etməyən Karen əsir düşməmək üçün başqa bir yoldaşı ilə intihar edib. Bu gün müharibədən üç ay sonra bəziləri deyirlər ki, ordumuz qaçıb, şəhəri döyüşmədiyimizə görə itirdik. Onu deyənlərdən biri Karenin komandiri ola bilər. Çünki komandir hələ də azadlıqdadır.

Diqqətlə qulaq asın, qorxaq satqınlar. Həmin əsgərlər intihar etdilər, ancaq tutulmadılar. Çünki hiss etdilər ki, əsgərə belə laqeyd yanaşırlarsa, sonradan onların əsirlikdən də qayıtmaları çətin olacaq. Uşaqlar həqiqətən haqlı imişlər".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net