TƏBİB COVID-19-a yoluxan şəxslərin peyvənd olunması məsələsinə aydınlıq gətirib - diqqət
Tarix: 8-02-2021, 10:01 | Çap et
TƏBİB COVID-19-a yoluxan şəxslərin peyvənd olunması məsələsinə aydınlıq gətirib - diqqət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmaları məsələsinə aydınlıq gətirib.

TƏBİB-dən “Report”a bildirilib ki, virusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir.

Qeyd olunub ki, 6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə peyvənd oluna bilər.

Xatırladaq ki, bu gündən Azərbaycanda 65 yaşdan yuxarı risk qrupuna aid olan əhali qrupunun peyvəndlənməsinə başlayır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net