Diplomatik korpus nümayəndələrinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfəri başa çatıb.
APA-nın səfəri müşayiət edən əməkdaşının xəbərinə görə, diplomatlar Zəngilanın mərkəzində dağıdılmış şəhər məscidinə və digər dağıdılmış abidələrə baxıb, Mincivan yaşayış məntəqəsinə baş çəkiblər.
Bundan əvvəl isə onlar Cəbrayılda dağıdılmış qəbiristanlığa, "Çinar” çay evinin qalıqlarına və qədim Xudafərin körpüsünə baş çəkib, dağıdılmış mədəniyyət sarayının qalıqları arasında canlı skripka ifasına qulaq asıblar.