Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur, restoran və bazarlar açılır
Tarix: 4-02-2021, 14:49 | Çap et
Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur, restoran və bazarlar açılır
Gürcüstan hökuməti koronavirusun yayılmasının qarısını almaq məqsədilə tətbiq etdiyi bəzi məhdudiyyətlərin bir qismini ləğv edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, fevralın 8-dən etibarən Gürcüstanda bələdiyyə nəqliyyatı fəaliyyətini bərpa edəcək. Bu qərar Tbilisi, Rustavi və Kutaisi şəhərlərini də əhatə edəcək.

Hökumətin qərarına əsasən, metronun işi bərpa olunacaq, avtobus və mikroavtobuslar xəttə buraxılacaq. Eyni zamanda bazarlar da tam olaraq işlək vəziyyətə gətiriləcək.

Fevralın 15-dən etibarən yemək məkanları və restoranlar açıq məkanda fəaliyyətini bərpa edəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net