"KİVDF-də olan milyonlarla yeyintilər, az qala sevgililərinə də qanunsuz paylanılan mənzillər..." - Aslan İsmayılov
"Hakimiyyət mətbuatı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” yarandığını bəh-bəhlə tirajlayırlar. Bəli, ölkədə reket mətbuatını yaradan, on milyonları talayan KİVDF adlı bir qurumun ləğvi labüd idi. Bu gün mətbuatın diqqət mərkəzində isə başqa məsələ olmalı idi. Son 1 ili KİVDF-də olan milyonlarla yeyintilər, az qala sevgililərinə də qanunsuz paylanılan mənzillər, reket jurnalistlərə "əməkdar jurnalist" adlarının verilməsi barədə yüzlərlə məlumat dərc olunub, ən yüksək səviyyələrdə bu qanunsuzluqlar etiraf olunub. Bəs nə üçün bu günə qədər bir nəfər də həbs olunmayıb?!"
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
"Necə olur ki, 500-1000 manata görə insanlar həbs olunur, KİV-lərdə tirajlanır. 10 milyonların mənimsənildiyi KİVDF-nin vəzifəli şəxsləri barədə isə heç bir xəbər yoxdur.
Məhz bunlara görə də Vətən Müharibəsi dövrü KİVDF-nin reketləri olan jurnalistlərdən heç xəbər çıxmadı. Əvəzində müharibə bitər-bitməz yenə də bu həşaratlar peyda oldular" - A.İsmayılov qeyd edib.