Respublika Klinik Xəstəxanası adlı BAZAR... - İDDİA
Tarix: 7-01-2021, 17:46 | Çap et
Respublika Klinik Xəstəxanası adlı BAZAR... - İDDİA

Son vaxtlar səhiyyə sistemindəki, xüsusən də M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasındakı problemlər ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir. Bu barədə KAİM.az bəzi şikayətlərdən doğan bu aktuallığı nəzərə alaraq kiçik bir araşdırma aparıb.

Təbii ki, bu aktuallığı şərtləndirən ən vacib cəhət koronavirusun tüğyan etdiyi bir vaxtda, xəstəxanada baş verənlərin vətəndaşlarımızın həm fiziki, həm də mənəvi durumlarına bilavasitə təsir etməsidir. Ölkənin bu ən böyük tibb müəssisəsində baş verənləri isə heç də proqressiv və ürəkaçan hallar kimi qiymətləndirmək olmaz.

KAİM.az-ın əldə etdiyi faktlara görə, klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmətin baş alıb getmsi və xəstəxanada vətəndaşların eləcədə həkimlərin sərt karantin qaydalarını kobud şəkildə pozmasıdır.

Belə ki, elə bil Koronavirus yoxmuş kimi fəaliyyətini pul üstündə quran xəstəxananda vətəndaşlar masaqasız və ya masqa çənədə olmaqla, topa şəkildə müayinə otağınagirib həkimin yazdığı reseptlə çıxırlar. Bundan əlavə xəstəxananın həyətinə girib- çıxan maşınlardan 1-2 manat alan mühafizəçi də heç də həkimlərdən geri qalmır. Müayinyə girən vətəndaşlar deyir ki. əvvəlikinə nisbətən qiymətlər bir azda qaldırılıb. Amma bunlar hələ necə deyərlər, içəridə təqdim olunan əsil tamaşanın sadəcə üvertyurasıdır.

Məlum oluğu kimi dünyanın heç bir xəstəxanasında koronavirusdan da öncə reanimasiya otağına kənar şəxslər buraxılmayıb. Amma masqanı çənəsinə keçirən tibb bacıları, xəstə yanına gələn vətəndaşlarla birgə renamasiya eləcədə xəstəxəna otaqlarını pul müqabilində gir-çıx edirlər. Görünür, Respublika Klinik Xəstəxanasında bu sahədə də vəziyyət fərqli və yenidir. Kimin pulu varsa, ürəyi nə vaxt istəsə, ora girə bilir. Pulunuz varsa, 5 manat verin, keçib xəstənizi görün. Reanimasiya otağının qapısı önündə xəstələrindən xəbər gözləyən vətəndaşlar bu haldan narazılıq bildirərək reanimasiya otağındakı həkimə və tibb bacılarına hər gün pul verdiklərini deyirlər: “Pul verməsək, xəstəmizə yaxşı baxmırlar. Xəstəmiz ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Reanimasiya otağında xəstəmizə yaxşı nəzarət olunsun deyə içəridəki həkimə hər gün 30 manat tibb bacılarına 10, sanitara isə 3-5 manat veririk. Bu pulu verməsək, xəstəmizə yaxşı nəzarət olunmur. Buranın pullu xəstəxanalardan heç bir fərqi yoxdur. Sadəcə olaraq, buranın adı dövlət xəstəxanasıdır”.

Maskası çənəsində həkim və masqasız vətəndaşlar

Bundan başqa, ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Məsələn zobdan müayinə olunmaq istəyirsənsə15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 150 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 20, qanda qlükozanın müəyyən olunması 10, sidiyin ümumi analizi 10, böyrək analizləri 40, QİÇS analizi 200, adi həkim müayinəsi 30, professor müayinəsi 100, ginekoloji yoxlanma 60 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 20-30 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 165 manatdır. Əslində Respublika Klinik Xəstəxanasında yer almış müxtəlif neqativ hallar, bu tibb müəssisəsində baş verən çeşidli qanun pozuntuları barədə uzun-uzadı danışmaq da olar, yazmaq da. Necə deyərlər “görünən kəndə nə bələdçi”

Bu gün Respublika Klinik Xəstəxanasında cərəyan edən hadisələrdən cəmiyyətimizin böyük əksəriyyəti xəbərdardır. Bəs onda görəsən, bu rüsvayçılığın qarşısını almaq üçün daha nəyi və nə qədər gözləməli olacağıq? “KAİM.az “
Qarşı tərəfi də dinləməyə hazırıq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net