5 yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən igid - VİDEO
Tarix: 11-12-2020, 16:57 | Çap et


Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid baş leytenant Elçin Əzizovdur. O, 1985-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

Cəbrayıl rayonu işğal olunanda Əzizovlar ailəsi doğma yurd-yuvalarından didərgin düşərək Bakıda məskunlaşıblar. Elçin Əzizov 2002-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinə qəbul olub və 2006-cı ildə bitirib. Lakin ali təhsilini bitirəndən sonra Elçin hərb işini seçib.

O, 2016-cı ildə Aprel döyüşlərinin fəal iştirakçısı olub.

Baş leytenant Əzizov bu il oktyabrın 13-də elə doğulduğu torpaqlar - Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, II Fəxri xiyabanda dəfn olunub.

Elçindən yadigar 2 oğlan, 1 qız övladı qalıb.

Elçin dəfələrlə medallar və fəxri fərmanlarla təltif edilib. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" medalı ilə təltif edilib.

"Report" onun ailə üzvləri ilə həmsöhbət olub, onunla bağlı xatirələri yaddaşa köçürüb.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net