Əsgərini canı hesabına xilas edən komandir - VİDEO
Tarix: 1-12-2020, 16:49 | Çap et
Əsgərini canı hesabına xilas edən komandir - VİDEO
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında Cəbrayıl rayonundan olan Ramid Hacıyev də var.

"Report" xəbər verir ki, Hacıyev Ramid Nəriman oğlu 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. Erməni qəsbkarlarının Cəbrayılı işğal etməsi nəticəsində hələ uşaq ikən doğma məcburi köçkünlük acısını dadmışdı. Hamı kimi onun da 1 arzusu var idi, hərbçi olub, işğal altındakı torpaqları azad etmək. Elə bu arzusu onu Cəmşid Naxçıvanski adına hərbi məktəbə gətirib çıxarır. Mayor rütbəsinə qədər yüksələn Ramid ölümündən bir neçə ay öncə general adını qazanmaq üçün kursa da yazılıbmış. Lakin 27 sentyabrda əks hücum başlayanda o bu kursdan imtina edərək birbaşa döyüşlərin cərəyan etdiyi bölgələrə üz tutub. Oktyabr ayının 16-da Suqovuşanda şəhid olan mayor Ramid Hacıyev 18 oktyabrda 2-ci fəxri xiyabanda dəfn olunub. 3 övladını bizlərə əmanət qoydu. Allah rəhmət eləsin.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net