Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı növbəti videoçarxı təqdim edib.
İcmadan APA-ya verilən xəbərə görə, bu dəfə 1992-ci il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itkin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur.
“Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və bacımız düşmənə əsir düşdü. Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etmədi”, - deyə qeyd olunub.