"Şikayətim Azərbaycan Beynəlxalq Bankındandır. Anam 2018 ci ilin oktyabrında həmin bankdan kredit götürüb, krediti mütəmadi olaraq hər ay pensiyasından kəsilir. Yəni bizim bu banka indiyə qədər bir qəpik belə borcumuz yoxdur". DİA.AZ-ın məlumatına görə, bu barədə Səma Firuzə Dəmir adlı istifadəçi öz gileyində bildirir.
Narazı vətəndaş daha sonra yazır: "Amma keçən ay anam kreditlə əşya almaq istədikdə həmin firmanın nümayəndəsi sistemdən baxıb deyib ki, anamın adına ödənməmiş (aylarla yığılmış) kredit borcu vardır. Anam bunu araşdırmaq üçün beynəlxalq banka gedib, araşdırma nəticəsində məlum olub ki, bu bankın əməkdaşı anama krediti verərkən ayrı bir hesab açıb, borcu ora da qeyd edilirmiş. Halbuki kredit borcu birbaşa pensiya aldığı hesaba bağlıdı və hər ay pensiyaydan tutulur. Vəziyyət ilə əlaqar anam banka bir ay əvvəl şikayət ərizəsi ilə müraciət edib. Şikayət ilə bankın mərkəzi şöbəsinin əməkdaşı Nurane Mecidli məşğul olur. Məşğul olur demək mümkünsə. Anam banka gedib, həmin xanım anamı saatlarla gözlətdikdən sonra aşağı düşüb deyir ki, səhv olub, 15 gün içində həll edəcəyik. Özüm sizə zəng vurub məlumat verəcəyəm! Həmin tarixdən bir ay keçib, həmin xanım nə bizim zənglərə cavab vermir, nə də özü zəng etmir! Yoxlamışıq, kredit borcu da elə olduğu kimi qalıb! Krediti bircə gün gecikdirənlərə anında faiz və sanksiya tətbiq edən bank, öz səhvini niyə düzəltmək istəmir!? Onların əlində səhvən açılmış bu hesabı silmək bu qədər çətin işdi!?
Beynəlxaq Bank, işinin öhdəsindən gəlməyən əməkdaşlarınızla vidalaşıb, müştərisini çətin vəziyyətdə qoymayın, işinin peşəkarı, savadlı kadrları işə götürmək barədə fikirləşməyin zamanı deyilmi? Yoxsa bizim kimi daha neçə müştərini bankınızın savadsız işçiləri ucbatından problemlə üzləşdirmək istəyirsiniz!"