Koronavirusa yoluxanlar arasında elektron siqaret çəkənlər də böyük risk altındadır.
Bu barədə Rusiya Səhiyyə Nazirliyindən “Komsomolskaya Pravda”ya bildirilib.
Məlumata görə, siqaret çəkənlər digərləri ilə nisbətdə daha çox sətəlcəm və bronxit kimi xroniki xəstəliklərdən əziyyət çəkirlər.
“Siqaret çəkilən zaman orqanizm daha çox ağırlaşma və ölüm riskinə məruz qalır. Yoluxanlar siqareti tərk etməlidirlər”, - deyə Nazirlikdən xəbərdarlıq edilib.