Ermənistanın cinayətləri ilə bağlı HESABAT hazırlanıb
Tarix: 7-11-2020, 12:12 | Çap et
Ermənistanın cinayətləri ilə bağlı HESABAT hazırlanıb
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq humanitar hüquq kontekstində qiymətləndirilməsi ilə bağlı hesabatın təqdimatı keçirilib. Hesabat ingilis dilində hazırlanmış və beynəlxalq qurumlara təqdim olunması nəzərdə tutulub.
Lent.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, təqdim olunan hesabat ümumilikdə Ermənistan ordusunun Azərbaycan mülki əhalisinə qarşı törətdiyi cinayətlər beynəlxalq hüquq normalarına nəzərən qiymətləndirilməsi və beynəlxalq təşkilatlardan münasibət bildirilməsi tələbi məqsədilə hazırlanıb.

Hesabat aşağıdakı məslələri əhatə edib:

• Beynəlxalq hüquqda mülki şəxslərin qorunması
• Qarabağ münaqişəsi haqqında bilməli olduğumuz bəzi faktlar
• Ermənistan tərəfindən mülki şəxslərə edilən hücumlar və mülki itikilərin sayı
• Atəşkəsin Ermənistan tərəfindən 3 dəfə pozulması
• Bərdədə mülki şəxslərin kütləvi qətlləri
• Gəncəyə raket zərbələri
• Mülki insanlara humanitar dəstək
• Ermənistandan neft kəmərinə raket zərbəsi
• Azərbaycan yalnız hərbi obyektlərə zərbə vurmaqla müharibə qanunlarına riayət etməsi
• Beynəlxalq hüquqda silahlı qarşıdurmalarda qadın və uşaqların qorunması
• Ermənistan ordusunda azyaşlı əsgərlərdən istifadə və beynəlxalq hüquqi aspektlər
• Təhsil müəssisələrinin Ermənistan tərəfindən hərbi məqsədlər üçün istifadəsi
• Uşaqların xüsusi qorunmasının beynəlxalq hüquq aspektləri
• Mülki insanları qorumaq üçün Azərbaycan tərəfindən həyata keçirilən Ermənistanı sülhə məcbur etmə siyasəti və beynəlxalq hüquq və doktrinalara uyğunluğu
• Nəticə və beynəlxalq birliyə müraciət

Hesabatın sonunda beynəlxalq təşkilatlara edilən müraciətdə Ermənistanın insanlığa qarşı törətdiyi bu müharibə cinayətlərinin qətiyyətlə pislənılməsi və təcavüzkara qarşı müvafiq tədbirlərin görülməsi tələb olunur. Tədbirin sonunda Ramil İskəndərlinin söylədiyiniə görə, Ali Baş Komandan İlham Əliyevin işğalçı Ermənistana qarşı tətbiq etdiyi sülhə vadar etmə məqsədilə əks-hücum strategiyası beynəlxalq humanitar hüquq dərsliklərinə düşəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net