Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2479 namizəd elektron ərizəsini təsdiq edib.
Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.
İmtahan mәrhәlәsindә namizәdlәrә әmәk, tәhsil qanunvericiliyi və mәntiq üzrə 60 test tapşırığı tәqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir.
Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.