Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ
Tarix: 24-09-2020, 13:56 | Çap et
Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ

Dərs vəsaitlərindən koronavirus keçə bilər. Diqqətli olmaq lazımdır.

Bəzi valideynlər övladlarını koronavirusdan qorumaq üçün onların məktəbdə istifadə etdikləri dərs ləvazimatlarını, hətta dəftərlərin və kitabların vərəqlərini dezinfeksiya edirlər. Nəticədə kitablar yararsız vəziyyətə düşürlər. Valideynlərin təlaşı koronavirusun dərs vəsaitləri vasitəsi ilə keçə bilmə ehtimalını gündəmə gətirib.

Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov faktı təsdiqləyib.

Ekspert pandemiya şəraitində ilk növbədə uşağın məktəb davranışlarında dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb:

“Dərs vəsaitləri, eləcə də, qələm, dəftər, çanta və digər ləvazimatlardan koronavirus keçə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Bəzi dərs ləvazimatları o cümlədən, məktəb çantasının qulpu və qələmlərin spirtlə dezinfeksiya edilməsi heç də pis olmazdı.

Pandemiya şəraitində ilk növbədə uşağın məktəb davranışında dəyişikliyə ehtiyac var. Bu məsələdə həm müəllimlər, həm də valideynlər diqqətli olmalıdırlar. Ola bilər ki, yoluxma zamanı uşaq xəstələnməsin, lakin valideyndən keçən virusu digər şagirdlərə yaya bilər. Nəticədə həmin uşaqlar vasitəsi ilə virus onların valideynlərini yoluxdurar”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net