Nazirlikdən ölkədə ov lisenziyalarının verilməsi qaydaları barədə AÇIQLAMA
Tarix: 29-08-2020, 04:28 | Çap et
Nazirlikdən ölkədə ov lisenziyalarının verilməsi qaydaları barədə AÇIQLAMA

Azərbaycanda ov lisenziyalarının verilməsi birdəfəlik icazə əsasında həyat keçirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

Onun sözlərinə görə, ov lisenziyası əldə etmək istəyən Azərbaycan vətəndaşları nazirliyin dövlət ekoloji təhlükəsizlik xidmətinin regional idarələrinə müraciət etməlidir:

“Hər bir vətəndaş hansı regionda ov etmək istəyirsə, nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin həmin rejiondakı regional idarəsinə müraciət etməlidir. Müraciət əsasında həmin idarədən ov lisenziyası əldə edə bilər. Ovçuluq təsərrüfatlarında ov lisenziyalarının verilməsi hələlik planlaşdırılmayıb”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net