Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru: "Bu etimadı doğrultmağa çalışacağam"
Tarix: 22-08-2020, 10:59 | Çap et
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru: "Bu etimadı doğrultmağa çalışacağam"
Baş Nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyeva Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə direktor təyin olunub.

Bu barədə məlumatı APA-ya Sevinc Əliyeva özü təsdiqləyib.

O bildirib ki, bu, ona göstərilən çox böyük etimaddır: “Bu etimadı doğrultmağa çalışacağam. Monitorinq Mərkəzi 3 istiqamətdə - KİV, reklam daşıyıcıları və internet resursları üzərində ədəbi dilin saflığını qorumaq istiqamətində çalışacaq. Bu, əslində Dilçilik İnstitutunun Monitorinq şöbəsinin 2013-cü ildən həyata keçirdiyi işlərdir. Artıq bizim əlimizdə nəzarət mexanizmləri ilə yanaşı, icra mexanizmləri də olacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net