TƏBİB: Artıq iki həftədir, koronavirusla bağlı ölkəmizdə xarici mütəxəssislər çalışır
“Artıq iki həftədir, koronavirusla bağlı ölkəmizdə xarici mütəxəssislər çalışır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, İtaliyadan və Çindən gələn mütəxəssislərlə həm Bakıda, həm də regionlarda olan xəstəxanalarda görüşlər keçirilib: “Keçirilən onlayn təlimlərə regionlarda olan bütün həkimlərimiz qoşulur”.