"Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş millət vəkili Araz Əlizadə koronavirusla bağlı müalicəsini davam etdirir".
"Bu barədə “Sherg.az”a A.Əlizadənin sabiq köməkçisi Günel Babayeva məlumat verib.
O qeyd edib ki, hazırda Araz müəllimin səhhətində ciddi bir dəyişiklik müşahidə olunmur:
"Yenə də xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti orta-stabil olaraq qalır”.
Qeyd edək ki, A.Əlizadə bir müddətdir, koronavirusa yoluxub. O “Yeni klinika”ya yerləşdirilib.