Ötən gün saat 23:54-də Şamaxıda zəlzələ baş verib.
Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Qobustan stansiyasindan 23 km qərbdə, yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.
Məlumatlara görə, zəlzələnin maqnitudası 3,2 bal olub.
Yeraltı təkanlar hiss edilməyib.