Sumqayıtda kafenin icarədarı həbs edildi, 11 müştəri cərimələndi
Tarix: 4-07-2020, 15:53 | Çap et
Sumqayıtda kafenin icarədarı həbs edildi, 11 müştəri cərimələndi

Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Oxu.Az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 45-ci məhəllədə “Tac” kafesinin icarədarı Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub.


Ümumilikdə 12 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 25 sutka həbs edilib, digərləri cərimə olunublar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net