"Tələbələrin köçürülməsi davam edəcək".
APA-nın bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, tələbələrin köçürülməsi iyul-avqust aylarında da davam edəcək: “Dəqiq tarix hələ ki, müəyyən olunmayıb, bu barədə məlumat veriləcək”.
Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevralda və iyulda həyata keçirilir.