Gürcüstan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycandan ümumilikdə 550-dək vətəndaşını təxliyə edib.
Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edək ki, ötən gün Azərbaycandan növbəti dəfə Gürcüstan vətəndaşlarının təxliyəsi baş tutub. Təxliyə edilən 100-dən çox Gürcüstan vətəndaşı xüsusi avtobuslarla bu gün səhər saatlarında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətirilib və buradan Gürcüstan ərazisinə daxil olublar
Onların Gürcüstanda iki həftə müddətinə karantində saxlanılacağı bildirilib.