Milli Basketbol Assosiasiyası (MBA) basketbolçulara “Oura Smart Ring” adlandırılan “ağıllı” üzük taxmağı tövsiyə edib.
CNN telekanalı məlumat verib ki, üzük koronavirus pandemiyasının simptomlarını aşkar edir.
REKLAM
Xəbərdə qeyd olunur ki, “ağıllı” üzük üç gün öncədən COVID-19 virusunu 90 faiz dəqiqliklə müəyyən etmək iqtidarındadır.
Bundan əlavə, üzük bədənin hərarətini, tənəffüs yollarının funksiyasını, ürək döyüntülərini izləyə bilir.
Qeyd edək ki, MBA-da müntəzəm çempionat martın 12-də dayandırılıb. Yarışın fərqli formatda iyulun 31-də bərpa olunması planlaşdırılır.