Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlarımızın ölkəyə qayıdışını təmin edir
Tarix: 26-06-2020, 15:02 | Çap et
Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlarımızın ölkəyə qayıdışını təmin edir

Azərbaycanın Gürcüstandakı səfirliyi xarici ölkələrdə müvəqqəti yaşayan, işləyən vətəndaşlarımızın ölkəmizə qaydışını davam etdirir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Ramel Lətifov söyləyib.

Konsul deyib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi dövlətimizin başçısının və Xarici İşlər Nazirliyinin təlimatına əsasən, vətəndaşlarımızın koronavirusa yoluxmaqdan mümkün qorunması məqsədilə mütəmadi olaraq onların təxliyəsini həyata keçirir. İyunun 26-da Hindistandan Gürcüstana xüsusi təyyarə ilə gələn daha 5 nəfər Azərbaycan vətəndaşı Ş.Rustaveli adına Tbilisi beynəlxalq hava limanından Gürcüstan-Azərbaycan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə gətiriliblər. Onlar Azərbaycanda iki həftə karantin rejimində saxlanılacaqlar.

“Səfirlik bu məsələni yenə də diqqətdə saxlayır və ehtiyac yarandığı anda vətəndaşlarımızın Azərbaycana təxliyəsi həyata keçiriləcək”, - deyə R.Lətifov vurğulayıb.

Məlumat üçün bildirək ki, vəziyyətlə əlaqədar səfirlikdə +995 577-06-50-50 nömrəli “Qaynar xətt” yaradılıb.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net