Azərbaycan ilə İran arasında Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib
Tarix: 25-06-2020, 15:06 | Çap et
Azərbaycan ilə İran arasında Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Azərbaycan-İran Birgə Komissiyasının 49-cu görüşü videokonfrans şəklində keçirilib.

ASC-nin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 49-cu görüşü COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans şəklində təşkil olunub.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseynov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev və “Azərenerji” ASC-nin nümayəndəsi Əli Yusifov iştirak ediblər.

Görüşdə Araz su anbarının 2020-ci il üçün iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilib. Həmçinin Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi və su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsi və digər məsələlərə baxılıb.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net