Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
Tarix: 25-06-2020, 08:55 | Çap et
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı

Koronavirusa yoluxmuş insanda fəsadlar ömürlük qala bilər.

“The Daily Telegraph”ın məlumatına görə, bu fikri Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri bildirib.

Alimlərin fikrincə, COVID-19 keçirən hər üçüncü xəstə ömür boyu ağciyər zədələnməsindən, xroniki yorğunluqdan və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər.


Qeyd olunur ki, koronavirusdan sağalmış insanların 30 faizində sonradan ağciyər fibrozunun inkişaf ehtimalı mövcuddur. Keçmiş xəstələrin 50 faizində fiziki, koqnitiv və psixoloji pozğunluqlar ola bilər. Sağalanların 70 faizi sayıqlamadan əziyyət çəkir, hər beşinci halda isə bu, “müəyyən olunmuş koqnitiv pozğunluğa” çevrilə bilər.

Xəstəxandan evə buraxılan hər onuncu britaniyalıda kəskin ürək xəstəliyi aşkarlanır.

Bundan əlavə, elm adamları koronavirusun beyinə zərər vuraraq, altsheymer xəstəliyinin inkişaf ehtimalını artırdığını vurğulayırlar.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net