Ad günündə koronavirusdan öldü, anası dözmədi, ürəyi dayandı...
Tarix: 24-06-2020, 09:41 | Çap et
Ad günündə koronavirusdan öldü, anası dözmədi, ürəyi dayandı...
Koronavirus infeksiyasına yoluxma daha bir faciəyə səbəb olub.

Lent.az -ın məlumatına görə, 37 yaşlı iqtisadçı Ramin Qurbanov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Həkimlərin səyinə baxmayaraq, infeksiyaya yoluxmuş bu gənc 9 gün mücadilə aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün ad günü olan R. Qurbanov səhər saatlarında dünyasını dəyişib. Məlumata görə, onun azyaşlı qızı var.

Dostlarının və sinif yoldaşlarının sosial şəbəkələrdə yazdıqlarına görə, axşam saatlarında isə oğlunun itkisinə dözə bilməyən anası Nazilə Qurbanova ürəktutmasından dünyasını dəyişib.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net