Nazirlər tənqidə dözümsüzdür - deputat
Tarix: 22-06-2020, 13:40 | Çap et
Nazirlər tənqidə dözümsüzdür - deputat

“Müdafiə naziri Zakir Həsənovun RealTV-dəki müsahibəsinə baxdım. Kifayət qədər maraqlı müsahibə idi. Ancaq onun özündən yaşlı və kifayət qədər təcrübəli millət vəkili olan Vahid Əhmədov haqqında söylədikləri fikirləri ilə razılaşmadım”.

Modern.az-ın məlumatına görə, bu fikirləri nazirlərin tənqidə dözümsüzlüyünə diqqət çəkən deputat Etibar Əliyev qeyd edib.
“Nazir deputat həmkarımız haqqında bunları dedi: “Hətta bəzi adamlar yalandan deyirlər ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Bu, yalandır. Hətta o yoldaş orada çıxış edən zaman şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Bunun özü onun həm Azərbaycan dilini necə bilməsinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir”,-E.Əliyev nazirdən sutat gətirib.

Etibar Əliyev xatırladıb ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 7-ci maddəsində yazılır: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər”.

Onun sözlərinə görə, Vahid Əhmədovun Müdafiə Nazirliyinin rəhbərliyi haqqında tənqidi fikirlərinə Milli Məclisin bir neçə deputatı cavab verib:

“Düşünürəm ki, ondan sonra deputat həmkarımızı belə həqarət etmək yolverilməzdir”.

Etibar Əliyev daha bir nazirin tənqidə dözümsüzlüyünə misal göstərib:

“2019-cu ilin büdcəsinin icrasına dair müzakirədə deputatlar Qüdrət Həsənquliyevin və Erkin Qədirlinin fikirlərini Maliyyə naziri Samir Şərifov süngü ilə qarşıladı. Elə cavablar verdi ki, sanki onun fəaliyyəti haqqında heç kimin söz deməyə haqqı yoxdur. Əslində Qüdrət bəyin və Erkin bəyin söylədiklərində xeyli məntiqli məqamlar var idi. Bu cür hallar Milli Məclisin nüfuzdan düşməsinə səbəb olan hallardır”.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net