Vüsal Qasımlı: "Bank sistemi üzrə kompleks dəstək tədbirləri nəzərdə tutulub"
Tarix: 22-06-2020, 12:16 | Çap et
Vüsal Qasımlı: "Bank sistemi üzrə kompleks dəstək tədbirləri nəzərdə tutulub"

"Azərbaycanda pandemiya dövründə müvəqqəti vergi rejiminin qəbulu nəticəsində verginin "0" dərəcəsində tutulmasının əhatə dairəsi genişləndirilir".

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə" mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, müvəqqəti vergi rejiminin əhatə dairəsi bir sıra sahələrdə müəyyənləşdirilib: "Məsələn, əmlak və torpaq vergisindən azadolmalar və mənfəət vergisindən güzəştlər müəyyənləşdirilib, sadələşdirilmiş sistem üzrə verginin azaldılması təmin edilib. Bütövlükdə, sosial sığorta haqları ilə bağlı diferensiasiyalar həyata keçirilib ki, bunun da müsbət təsirlərinin qeyd etmək lazımdır. Bir blok tədbirlər isə maliyyə sektorunu əhatə edir. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bank sistemi üzrə kompleks dəstək tədbirləri nəzərdə tutulub. Bu, həm fiziki şəxslərin dəstəklənməsi, həm də requlyativ tətil, maliyyə inklyuzivliyi, kredit ekspansiyası və maliyyə dayanıqlığının dəstəyi üzrə təbirlərdir. Sığorta sistemi üzrə də kompleks tədbirlər nəzərdə tutulub və artıq kapital bazarlarına dəstək tədbirlərində həyata keçirilməsinə başlanılıb".




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net