Torpaq yolla rayona getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən istifadə ediləcək - DYP
Tarix: 20-06-2020, 11:55 | Çap et
Torpaq yolla rayona getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən istifadə ediləcək - DYP
“Kimsə torpaq yolla rayona getmək istəyirsə, bir postdan keçirsə, əgər həmin avtomobil növbəti mərhələdəki postda görünmürsə, bu, karantin rejiminin pozulması kimi qiymətlənliriləcək. Yəni rayonlara torpaq yolla getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən də istifadə ediləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

BDYPİ-nin şöbə rəisi qeyd edib ki, aprel və may aylarında bəzi vətəndaşlar çölə çıxır, yalnız polisi görəndə SMS icazə üçün mesaj göndəriblər: “Belə hallara yol verilməməlidir. Düzdür, mesaja cavab qısa müddətdə gəlir, ancaq mesaja cavab gecikən zaman və bu hal aşkarlananda vətəndaşlar inzibati məsuliyyətə cəlb olunacaqlar”.

K. Əliyev nəzərə çatdırıb ki, fəaliyyətinə icazə verilən sahələr üzrə təşkilatlar yalnız zəruri sayılan işçilərinin adlarını icaze.e-gov.az portalına daxil etməlidirlər: “Əgər hansısa işçi həftədə 1, 2 gün işləyirsə, onların adı portala daxil edilməlidir. Bəzi qurumlar bütün işçilərinin adını portala daxil edir”.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net