Azərbaycanda sərt karantin postlarının yenidən qurulmasına başlanılır - RƏSMİ
Tarix: 20-06-2020, 10:27 | Çap et
Azərbaycanda sərt karantin postlarının yenidən qurulmasına başlanılır - RƏSMİ

“Daha əvvəl sərtləşdirilmiş karantin rejimində paytaxt ərazisində xidmət necə təşkil edilmişdisə, elə o formada davam etdiriləcək”.

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, sərt karantin rejimi elan olunan ərazilərdə postlar qurulacaq:

“Abşeron rayonunda və Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Masallı, Yevlax, Cəlilabad şəhərlərində postlar qurulacaq, eyni zamanda, polis naryadları gücləndirilmiş rejimdə çalışacaq”.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimi sərtləşdirilib. Sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net