Dünya Bankı Azərbaycan üzrə yeni menecerini təyin edib Dünya Bankı Azərbaycan üzrə yeni menecerini təyin edib
Tarix: 18-06-2020, 04:38 | Çap et
Dünya Bankı Azərbaycan üzrə yeni menecerini təyin edib Dünya Bankı Azərbaycan üzrə yeni menecerini təyin edib

Dünya Bankının Direktorlar Şurası Sara Mayklı bankın Azərbaycan üzrə yeni meneceri vəzifəsinə təyin olunmasını təsdiq edib.

Bu barədə "APA-Economics"ə Dünya Bankının Azərbaycan nümayəndəliyindən bildirilib.

Bankın Bakı ofisindən verilən məlumata görə, uzun illərdir Dünya Bankında işləyən Sara Maykl hazırda bu vəzifədə çalışan Navid Naqvini əvəz edəcək. Sara Maykl vəzifəsinin icrasına cari ilin iyulun 1-dən başlayacaq.

Qeyd edək ki, Dünya Bankının Azərbaycan üzrə meneceri vəzifəsinə təyinat hər 4 ildən bir olur.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. İndiyədək bank Azərbaycana 3,5 mlrd. ABŞ dollarından çox kredit ayırıb.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net